“ABŞ da Rusiya kimi separatçılığı dəstəkləyir" - Niyaməddin Orduxanlı

img

27-09-2017 [15:54]


Kürdüstanın lideri Məsud Bərzaninin Kürdüstanın müstəqilliyi ilə bağlı qəbul etdiyi referendum qərarı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların də kəskin etirazına səbəb olub. 

Bununla bağlı Mia.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, İraqın şimalında baş vermiş "seçki şousu”na BMT-nin müşahidəçi mövqeyi ilə susması rəzalətdir: "Bu qurum İraqın ərazi bütövlüyünü və suvernliyini tanıyır. Hələ də kəskin etirazını ortaya qoymayıb. Bu "seçkinin” əsas hədəfləri bəllidir. Hər kəs çox yaxşı bilir ki, bu hadisə birbaşa Türkiyə dövlətinin əleyhinə təşkil edilmiş bir layihədir. Çox maraqlı bir vəziyyət yaranıb. ABŞ, BMT Rusiyanı separatçılığı yaratmaqda və dəstəkləməkdə ittham edir. Konkret olaraq, Ukraynda baş vermiş Krım hadisəsi, hal-hazırda Ukraynanın qərbindəki olaylarla bağlı ABŞ birbaşa Rusiyanı günahlandırır. Rusiyaya buna görə iqtisadi sanksiyalar tətbiq edir. Ancaq İraqda Məsud Bərzaninin etdiyi hərəkətlərə susur. Niyə? Səbəb çox sadədir, ABŞ-ın özü də Rusiyanın etdiklərini İraqda edir. Separatçılığı yayır, dəstəkləyir. Yəni, birbaşa Bərzaniyə dəstək verir. Çox gözəl başa düşür ki, ABŞ ciddi dəstəyi olmasa idi, Məsud Bərzani bu qədər "irəliyə” gedə bilməzdi. Hegemon dövlətlər bu gün də dövlətlərə nəzarət etmək üçün təzyiq metodundan - separatçılığın inkişafına dəstək verməklə nəzarətdə saxlamaq isəyir. Rusiya Qarabağda erməni separatçılarına verdiyi dəstəklə hər zaman Azərbaycanı təzyiq etmək niyyəti güdürsə, ABŞ-da bunu Türkiyə dövləti üçün etmək niyyətindədir. İkisinin də siyasəti eynidir. Və onlara birbaşa dəstək ifadə edirlər. Təsadüfi deyil ki, İsrail dövlətinin də dərhal sonra kürd separatçılarının keçirdiyi nəticələri tanıması faktı var. Balaca uşaq da bilir ki, İsrail ABŞ-ın 52-ci ştatıdır. Və hər zaman dünyada ABŞ siyasətini həyata keçirdən dövlətdir".  

 Niyaməddin Orduxanlı Laçın rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin özünün feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəkləmə məsələsi ilə bağlı yaydığı statuslarla bağlı onu qeyd edib ki, Azərbaycan məmurunun facebookda yaydığı statuslara hüquq-mühafizə orqanlarının dərhal verdiyi reaksiya çox müsbət haldır: "Təbii ki, onun fəaliyyəti ciddi şəkildə araşdırılacaq. Bu adam bilməlidir ki, bizim kürd xalqı ilə heç bir işimiz yoxdur! Onları Azərbaycanın tam hüquqlu vətəndaşı hesab edirik. Özümüzə dost, qardaş sayırıq! Ancaq hər iki dövləti - Azərbaycanı, Türkiyəni parçalamaq istəyən istənilən separatçının əleyhinəyik və onların etdiyi istənilən təxribatın qarşısını dərhal almalıyıq! Qardaş Türkiyənin parçalanmasına sevinən adam bizdən ola bilməz!”



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA