Çingiz Qənizadə sənədləri məhkəməyə təqdim etdi - Şeyxin qudasının həbsini istəyir

img

27-09-2017 [13:39]


Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq deputat, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadəyə qarşı sikayət ərzisini bu gün Sabunçu Rayon Məhkəməsinə təqdim edib.

Mia.az xəbər verir ki, bu barədə BakuPosta.az-a Ç.Qənizadənin özü məlumat verib. O, bildirib ki, müvəkkilivəkili Raqif Mustafayevxüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Çingiz Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həbsini istəyir.

Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi olub.

Millət vəkili deyib ki, məhkəmənin keçirilməsi vaxtı barədə jurnalistlərə əvvəlcədən məlumat veriləcək


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA