Müsavat və AXCP sədr müavinləri bir dairə uğrunda mübarizəyə bazlayıb

img

15-08-2010 [10:47]


Müsavatla AXCP arasında yeni bir çəkişmə başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən deputatlığa AXCP-dən sədr müavini Razi Nurullayev, Müsavat partiyasından Arzu Səmədbəyli iddia edirlər. Nəzərə çatdıraq ki, digər tərəfdən AXCP və Müsavat birgə seçki bloku formalaşdırır və çalışılır ki, maksimum dairələrdə toqquşma olmasın. Qeyd edək ki, Arzu Səmədbəyli 2005-ci ildə bu dairədən deputat seçilib. 2005-ci ildə isə R.Nurullayev buradan deputatlığa namizəd olub. Hazırda isə hər iki sədr müavini geri çəkilmək fikrində deyillər. Ancaq hələ ki, partiyalar bu dairədə yekdil fikrə gəlməyiblər. AXCP sədrinin müavini isə hazırda kimin namizəd olması ilə bağlı ilə sorğu keçirməyə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA