Mübariz Əhmədoğlu: ?ATƏT-in Minsk qrupunun həmsədrləri erməniləri qudurdublar?

img

04-08-2010 [03:57]


?ATƏT-in Minsk qrupunun verdiyi son bəyanatlar müharibəni qaçılmaz edib. Həmsədrlər regionda müharibənin başlanmasında maraqlıdırlar?. Bu sözləri bu gün iyul ayında dünyada və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına həsr olunmuş mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. Dağlıq Qarabağ münaqişəsinın həlli ətrafında yaranmış vəziyyəti təhlil edən politoloq ATƏT-in Minsk qrupu həmsədrlərini kəskin tənqid edib. Onun sözlərinə görə, vasitəçilik missiyasının nəticəsiz qaldığını artıq həmsədrlər özləri də etiraf etməyə başlayıblar. Mübariz Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri erməniləri qudurdublar: ?Elə bir situasiya yetişib ki, ATƏT-in MİNSK qrupu həmsədrləri səs-küysüz, sakitcə regionu tərk etməlidirlər. Əgər bu baş versə, hadisənin miqyası nisbətən kiçik olacaq. Əks təqdirdə, həmsədrlər proseslərin bu cür inkişafında maraq göstərsələr Dağlıq Qarabağ regionunda baş verən mühribə Şimali Qafqaza və İran ərazisinə keçə bilər?. Politoloq onu da bildirib ki, proseslərin bu istiqamətdə inkişaf etməsi həm ABŞ-ın, həm də Rusiyanın maraqlarına cavab verir. Sonda Mübariz Əhmədoğlu İran rəsmilərinə mesaj göndərməyi də unutmayıb. Politoloq deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iki saat da kifayət edər: ?Bunun üçün İran Azərbaycan qoşunlarının Dağlıq Qarabağda mövcud olan separatçı Erməni qoşunlarının arxasına keçməsinə şərait yaratmalıdır. Belə olsa İran Dağlıq Qarabağın taleyini həll edə bilər?. Politoloq həm də İranın siyasi elitasının Azərbaycan xalqına nifrət etdiyini. Buna görə də İranın Azərbaycan silahlı qüvvələrinə dəstək olacağına inanmadığını bildirib. [b]Aysel Fərziyeva[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA