"Iraq və Suriyanın bel sümüyü onsuz da qırılıb..." - Abdulla Güldən kürdlərin referendum qərarına reaksiya

img

24-09-2017 [00:41]


Türkiyənin 11-ci prezidenti Abdulla Gül sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin keçirəcəyi referenduma reaksiya verib.

Mia.az xəbər verir ki, bu barədə keçmiş prezident "Twitter" hesabından mesaj verib.

Gül, "İki müsəlman ərəb ölkəsi olan Iraq və Suriyanın bel sümüyü onsuz da qırılıb. Bölgədə bu qədər acı və fəlakət yaşanarkən, indi də qaçılmaz ərəb-kürd savaşının başlamasına yol açacaq referendum qərarından vaz geçilməlidir. Bunun Iraq kürdləri üçün də yaxşı olacağını düşünürəm. Bundan başqa, referendum türkmən, kürd və ərəb xalqlarının bir yerdə yaşadığı Kərkükdəki mövcud vəziyyəti daha da pisləşdirəcək", - deyə, bildirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA