Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı qadının namizədliyi verildi - Açıqlama + FOTO

img

22-09-2017 [12:45]


Gürcüstanın müxalif "Quruculuq Hərəkatı” Partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizəd irəli sürüb.
 
APA-nın yerli bürosunun məlumatına görə, partiyanın namizədi uzun illər QHT sektorunda çalışmış Leyla Məmmədovadır.
 
Namizədin rəsmi təqdimatında çıxış edən partiyanın lideri, Gürcüstan parlamentinin keçmiş spikeri David Usupaşvili deyib ki, Leyla Məmmədova uzun illər vətəndaşların hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərib:"Fəxr edirik ki, Leyla Məmmədova bizim sıralarımızdadır. Əminəm ki, o, seçkilərdə qalib gələcək”.   

Qeyd edək ki, Marneuli rayonunda ilk dəfə olaraq icra başçısı vəzifəsinə qadın namizəd irəli sürülüb. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA