Vaqif Cavadovun ?Qarabağ?a keçidi təsdiqləndi

img

13-08-2010 [03:08]


Millimizin hücumçusu Vaqif Cavadov karyerasını ?Qarabağ?da davam etdirəcək. Bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "Futbol+" qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, 21 yaşlı hücumçu Hollandiya karyerasının ardından yenə doğma klubuna qayıdır: ?Vaqiflə danışmışam. Bu məsələni həll olunmuş saymaq olar. Problem yaranmasa, o, ?Borussiya? ilə oyunlarda bizə kömək edəcək. Sadəcə, klubun direktoru Əmrah Çəlikəlin Türkiyədən qayıtmasını gözləyirəm ki, gəlib ?Tvente?ylə məsələni yoluna qoysun?. Xatırladaq ki, Hollandiya klubunda 7 ay əvvəl transfer olunan Vaqif Cavadovla Rusiyanın ?Krılya Sovetov? klubu da maraqlanırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA