Tomaz Stolpa ?Visla?nı ?Qarabağ?dan daha zanslı sayır

img

26-07-2010 [02:48]


?Qəbələ?nin Polşadan olan keçmiş hücumçusu Tomaş Stolpa öz ölkəsində ?casus? rolunu oynamaq məcburiyyətində qalıb. Qol.Az-ın Polşa mətbuatına istinadən məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində ?Qarabağ?ın rəqibi olan Polşa təmsilçisi ?Visla? rəsmiləri artıq Azərbaycan karyerasını başa vuran hücumçudan Ağdam təmsilçisi haqda məlumatlar öyrənməyə çalışıb. İl yarım ?Qəbələ?nin uğurları üçün çalışsa da, bu yay klubla yollarını ayırıb, ölkəsinə yollanan Stolpa həmyerlilərini inandırnağa çalışıb ki, ?Qarabağ?ı rahatlıqla keçəcəklər. O, hətta tərəflərin şanslarını da dəyərləndirib. 65 faiz Krakov klubunun mərhələ adlayacağına inandığını vurğulayan Tomaş ?Qarabağ?ın uğur qazanmaq şanslarının 35 faizə bərabər olduğunu bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA