21-09-2017 [11:12]
"BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər. ABŞ gücünün bir hissəsini itirməsinə rəğmən dünyanın super dövləti olaraq qalır. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp çıxış edərkən BMT-nin böyük zalında ayaq üstə dayanmağa belə yer yox idi. Hamı onu diqqətlə dinləyir və yaxın gələcəkdə super dövlətin liderinin hansı addımlar atacağını müəyyənləşdirməyə çalışırdılar”.
Mia.az xəbər verir ki, bunu "Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını da şərh edib.
O bildirib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMT Azərbaycan üçün əsas tribunalardan biri olaraq qalır.
Politoloq qeyd edib ki, bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin BMT sessiyasında iştirakı vacib idi.
"İlham Əliyevin BMT-nin 21 sentyabr sessiyasındakı çıxışı və orada toxunduğu tezislərin üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var.
Birincisi, İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sarkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırki prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sarkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sarkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, "Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm”.
İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq”-deyə E. Şahinoğlu bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq.
"Bizim güc yolundan istifadə etmək hüquqmuz var və bu elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə beynəlxalq aləm və işğalçı dövlət növbəti aprelə hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”-deyə E. Şahinoğlu əlavə edib ki, İlham Əliyevin BMT tribunasından Azərbaycandakı iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən danışması da əhəmiyyətli idi.
"Bunun da xatırladılması yerində idi. Məsələn, Ermənistan prezidenti çıxışında ölkəsinin bir böyük layihədə iştirakından danışa bilmədi. Çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regional layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr – Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edirlər. Mənə elə gəlir ki, Azərbaycan prezidenti çıxışının bu yerində Ermənistanın niyə bu böyük layihələrdən kənarda qaldığını və işğaldan imtina edəcəyi halda bölgədəki əməkdaşlığın sərhədlərinin genişlənəcəyini xatırlatmalı idi. Bu BMT-də onu dinləyənlərdə Azərbaycan torpaqlarının işğalının hamıya zərər verdiyi təsəvvürünü gücləndirmiş olardı.
Üçüncüsü, İlham Əliyev 2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunduğunu xatırlatdı. Azərbaycandakı indiki hakimiyyətinin əsas uğurlarından biri məhz Azərbaycandakı dini dözümlülüyin dərin tarixi köklərə malik olduğunu beynəlxalq aləmə aşılaya bilməsidir. Dünyada artıq çoxları bilir ki, Azərbaycanda bütün dinlər rahat şəkildə varlığını sürdürür, məscidlər kilsə və sinaqoqalarla qonşudur. Bu səbəbdən İlham Əliyevin çıxışının bu hissəsini "bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır” cümləsi kimdəsə şübhə doğurmaz.
Dördüncüsü, Azərbaycan prezidenti BMT-dəki çıxışında insan haqları mövzusuna bu şəkildə toxundu: "Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Bu, Azərbaycanın dövlət siyasətidir” dedi.
Bunun belə olması bizim arzumuzdur. İnsan haqları və demokratiyanın bərqərarı məsələlərində hələ görüləsi işlərimiz çoxdur. Siyasi və məhkəmə islahatları dərinləşdirilməli, müxtəlif səviyyəli seçkilərin nəticələri iştirakçı tərəflərdə şübhə doğumamalıdır”.
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır