Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş gələn ay Tehranda keçiriləcək

img

21-09-2017 [10:26]


Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü oktyabrda Tehranda keçiriləcək.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, görüşün dəqiq tarixi dəqiqləşdirmə mərhələsindədir:"Ola bilsin ki, ilin sonuna kimi nazirlərin görüşü məsələsi gündəmə gəldi. Lakin bu məsələlər hələlik müzakirə olunur. Sammitin keçirilməsi isə prosesin gedişatından asılıdır. İşçi qrupunun iclası, sonra da nazirlərin konfransı baş tutsa və biz görsək ki, kardinal dəyişikliklər, açıq qalan məsələlər üzrə yaxınlaşma var, dövlət başçıları sammit keçirilməsinə qərar verə bilərlər".

apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA