19-09-2017 [17:51]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Umnovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 19-da Sergey Umnov və onu müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq məzarı üstünə tər çiçəklər düzülüb.
Daxili işlər naziri Ramil Usubov polis general-leytenantı Sergey Umnovu qəbul edib.
Qonağı salamlayan nazir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri - cənab İlham Əliyev və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, son illər qarşılıqlı səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar nəticəsində ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu kontekstdə Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyətinin ötən ilin dekabr ayının əvvəllərində Bakıya rəsmi səfəri, 2017-2019-cu illərdə Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun imzalanması, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin təşkili diqqətə çatdırılıb.
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, o cümlədən Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusən kadr hazırlığı, məlumat və təcrübə mübadiləsinə ciddi diqqət yetirildiyini bildirən nazir əməliyyat-xidməti fəaliyyətin əsas istiqamətləri üzrə əməkdaşlığın genişlənməsində Azərbaycan tərəfinin qərarlı olduğunu, bu səfərin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə daxili işlər nazirinə təşəkkür edən polis general-leytenantı Sergey Umnov əməkdaşlığın dərinləşdirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb, səfərinin bu məqsədə xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də ətraflı müzakirə edilib.
Səfər çərçivəsində rusiyalı qonaqlar Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi” və "Təhlükəsiz şəhər” xidmətlərinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların işi və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü