Rusiya hərbi gəmiləri Bakıda - FOTO-Video

img

19-09-2017 [14:24]


Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Velikiy Ustyuq” kiçik raket gəmisi və "MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.

Qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər sentyabrın 22-dək davam edəcək.






Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA