Londondakı terror zamanı yaralananlar arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ

img

15-09-2017 [16:21]


"Londonda metroda baş vermiş terror hadisəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən araşdırılır və bu xüsusda səfirlik Böyük Britaniyanın müvafiq orqanları ilə təmasdadır".

Bunu Mia.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, ilkin məlumatlara əsasən xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması faktı qeydə alınmayıb: "Səfirlik bu ölkənin müvafiq strukturları ilə təmasları davam etdirir".

Qeyd edək ki, bu gün London metrosunda ən az 20 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən partlayış olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA