Çin Xalq Respublikasının rəhbəri Azərbaycana səfər edəcək - Səfirlik açıqladı

img

14-09-2017 [12:08]


Çin Xalq Respublikasının rəhbəri Si Tszinpin yaxın zamanlarda Azərbaycana səfər edəcək.

Azərbaycanın Çindəki səfirliyindən Trend-ə bildirilib ki, bunu Si Tszinpin Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı ilə görüşü zamanı deyib.

Azərbaycanlı səfir etimadnaməsini Çin rəhbərinə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərini xatırladan Si Tszinpin həmin səfər zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə vacib qərarların qəbul olunduğunu bildirib.

O, Azərbaycan dövlət başçısının və hökumətinin "Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini yüksək qiymətləndirib.

Azərbaycanlı səfir Əkrəm Zeynallı qeyd edib ki, Azərbaycan "Bir kəmər, bir yol” təşəbbüsünün uğurla reallaşdırılmasına öz töhfəsini verməyə hazırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA