Hafiz Hacıyev: ?Müxalifət daxilində də ailəsi erməni olanlar var?

img

11-08-2010 [03:32]


Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında MMP sədri Hafiz Hacıyev partiyadan parlament seçkilərində iştirak edəcək üzvlərlə görüşüb. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə seçkiqabağı bəzi müxalifət funksionerlərinin və mətbu orqanların ölkədə erməni dəyirmanına su tökən açıqlamaları və məqalələr dərc etdirməsi əsas müzakirə mövzusu olub. Hafiz Hacıyev toplantıda bu cür böhtan xarakterli çıxışların və məqalələrin müəllifləri haqqında sərt çıxış edib: ?Bu gün bəziləri Azərbaycanda hakimiyyətdə erməni axtarışına çıxıb. Radikal müxalifət partiyalarında da erməni mövzusu aktual məsələyə çevrilib. Hansı ki, həmin məqalə müəlliflərinin öz ailələrində ermənilər var?. H.Hacıyev deyib ki, AXCP sədri Əli Kərimlinin də ermənilərlə qohumluq əlaqəsi mövcuddur: ?Son vaxtlar ?Vaşinqton Post?, ?Nyu?York Times? qəzetlərində, o cümlədən sosial şəbəkələrdə, xüsusən də Almaniyanın bəzi qəzetlərində gedən yazıların hamısı Əli Kərimlinin yaxınlarının errməni qohumlarının xüsusi xidməti nəticəsində yayımlanır. Bu cür neqativ hallar bizim AXC hakimiyyəti dövründə də özünü tam çılpaqlığı ilə göstərdi?. MMP sədri baş nazirin keçmiş müavini Abbas Abbasovun da ailəsində erməni əsillilərin olduğunu bildirib: ?Bəzi politoloqlar bu gün mənim 10-12 il bundan əvvəl açıqladığım faktları təkrarlayırlar. Yaxşı olardı ki, həmin adamlar konkret ad çəkəydi. Qeyd edim ki, bu gün hakimiyyətdə olan ermənilərlə müxalifətdə olan ermənilər birləşib Azərbaycana qarayaxmalarla məşğuldurlar. Bu da ermənilərin əlinə böyük faktlar verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA