AMiP Beynəlxalq Demokrat ittifaqına müraciət ünvanlayıb

img

06-08-2010 [05:18]


Bu gün Azərbaycan Milli İstiqlal Partiyası Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı dünyanın 65 ölkəsindən 80-dən çox sağ-mərkəzçi partiyalarını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqına müraciət ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciətdə deyilir:?1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağda separatizmin yayılması nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal olunub. 12 may 1994-cü ildə Bişkekdə imzalanmış protokola əsasən atəşkəs rejimi yaradılmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən mövqeləri daim atəş altında saxlayır, təxribatlar törədir, mülki insanları qətlə yetirir. Həmin dövrdən indiyədək 5 mindən çox əsgər və mülki əhali öz həyatını itirib. 2010-cu il, 18 iyunda gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın Tər-Tər rayonu istiqamətindən hücumu zamanı, insan təlafatı verilmiş, öldürülən Azərbaycan Milli Ordusunun əsgəri Mübariz İbrahimovun cəsədi isə Ermənistana aparılmışdır. ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və ABŞ Dövlət Katibi H.Klintonun müraciətlərinə, eləcə də Azərbaycan hökumətinin bütün cəhdlərinə əhəmiyyət verməyən Ermənistan qətlə yetirilmiş əsgər Mübariz İbrahimovun cəsədini qaytarmaqdan imtina edir. Əsir və girov düşmüşlər haqqında 12 avqust 1948-ci ildə qəbul olunmuş ?Hərbi əsirlər və rəftar haqqında Cenevrə Konvensiyası?nın tələblərinə görə əsirlər və girovların üzərində zorakılığa və işgəncələrə yol verilməməli, təhqirə məruz qalmamalı və onlar qaytarılmalıdır. Ermənistan Beynəlxalq hüquq normalarına və prinsiplərə zidd olaraq öldürülmüş əsgərin üzərində təhqiramiz hərəkətlər etmiş və bunu internet vasitəsi ilə yaymışdır. Bu cür rəftar ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan nizamlanma prosesinə, regionda sülhün və təhlükəsizliyin qorunmasına xələl gətirməklə yanaşı, münaqişənın daha da dərinləşməsinə, tərəflər arasında gərginliyin artmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq müttəfiq partiya olaraq Azərbaycan Milli İstiqlal Partiyası sizləri Ermənistanın Beynəlxalq hüququn prinsiplərini pozan hərəkətlərinin qarşısının alınması və Azərbaycan Milli Ordusunun əsgəri Mübariz İbrahimovun cəsədinin Azərbaycana qaytarılması üçün təmsil etdiyiniz dövlətlərin hökumətləri vasitəsi ilə Ermənistana təsir göstərməyə çağırırıq?. Xatırladaq ki, AMİP Lideri E.Məmmədovun sədr müavini olduğu Beynəlxalq Demokrat İttifaqına Böyük Britaniyanın Konservatorlar, İsveçin ?Moderat?, İtaliyanın ?İrəli İtaliya?, Fransanın Xalq Hərəkatına Dəstək İttifaqı, Almaniyanın Xristian Demokrat İttifaqı, Norveçin Mühafizəkarlar, Macarıstanın Vətəndaş İttifaqı, İsrailin ?Likud? partiyaları kimi hakim, eləcə də ABŞ-ın Respublikaçılar partiyası və digər nüfuzlu siyasi təşkilatlar daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA