"Bu məsələ ilə bağlı ziyalılarımız susmasın" - Hökumət sözçüsünə etiraz

img

08-09-2017 [12:26]


Azərbaycanlı alim Lütfi Zadə barəsində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin "fındıqbaş” ifadəsi işlətməsi birmənalı qarşılanmayıb.

Bununla bağlı Metbuat.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, "fındıqbaş” elə onun özüdür:

"Azərbaycanın görkəmli şəxsiyyəti haqqında Akif Əli belə deyirsə, bu, böyük utancverici hadisədir. Azərbaycan xalqı Lütfi Zadə ilə fəxr edir və edəcək də. Amma ona edilən bu hörmətsizlik yolverilməzdir. İstərdim ki, bu məsələ ilə bağlı ziyalılarımız susmasın. Lütfi Zadə dünya şöhrətli bir alimdir. O, xalqın içindən yetişmiş bir insandır. İnsanların bu cür şəxsiyyətlərə qarşı bu dərəcədə qısqanc olmaları çox utancverici haldır. Akif Əli bu sözü deyibsə, çox pis! Utanmalıdır ki, Azərbaycanın görkəmli şəxsiyyəti haqqında "fındıqbaş” deyir. "Fındıqbaş" onun özüdür. Bu məsələyə çox pis baxıram və Azərbaycan ziyalılarını buna münasibət bildirməsini istərdim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA