05-09-2017 [11:37]
Müğənni, meyxanaçı Samirə Yusifqızı Modern.az saytına müsahibə verib. Mia.az müsahibəni ixtisarla təqdim edir:
- Sizi efirdə meyxana deyişmələrinə qatılmağa nə vadar etdi? Bilirsiniz ki, deyişmələrdə bir az jarqon ifadələr, vulqar sözlər işlənir.
- Bu gün Azərbaycanda irəlidə olan musiqilərin 90 faizi meyxana üzərində qurulub. Aygün Səmədzadə, Elçin İmanov kimi üç-dörd bəstəkarın mahnısı əsl mahnı sayıla bilər. Amma o birilər üçü birində "nescafe” kimidir - həm yazır, həm bəstələyir, həm də oxuyurlar. Hamısı eyni formada olan mahnılardır. Özbək, Hindistan, türk, ərəb ritmləri mövcuddur. Yəni hamısı meyxana deyir. Kim mahnı oxuyur ki?!
- Dediniz toylar çox az olur. Toylara sizi meyxana deməyə çağırırlarmı?
- Bəli.
- Adətən orada qadınlar olmur. Kişilər daha çox olur.
- Heyf deyil, kişilərimiz. Arvad olan məclisdə o qədər hay-küy olur ki. Heç adamın sözünü başa düşmürlər. Arvad nədir, meyxana nədir?! Amma biz meyxananı qadınlara da sevdirdik. Mənim meyxanaya gəlişim bu sənətdə çevriliş etdi. Meyxana sevməyən xanımlar məndən meyxana deməyimi istəyirdi. Uşaqlı böyüklü, 7-dən 70-ə hamı bizi sevdi. Xalqın sevimlisi olduğuma görə xoşbəxtəm.
- Toylara neçəyə gedirsiniz?
-Çox az, ucuz məbləğə gedirəm. İnanın ki, Azərbaycanda bəlkə də mənim qədər ucuz məbləğə toylara gedən yoxdur.
- Bilmək olarmı nə qədər?
- Yarım saatı 300-400 manata. Bilirsiniz ki, biz vergi veririk. Bu məbləğ də çox azdır.
- Amma toylarda şirinlik də verirlər.
- Yox. İndi əvvəlki vaxtlar deyil.
- Deyişmələrdə qarşı tərəf sizə vulqar, kobud söz deyəndə o qədər kişi içərisində necə cavab verirsiniz?
-Onlar ədəbsiz ifadə işlədirsə, mən də işlədirəm. Çalışırıq ki, çox mentalitetdən kənara çıxmamaq şərti ilə yüngülvarı - pişik, dovşan, siçan, ilan- belə şeylər deyək. Amma söyüş işlətməyi əlbəttə ki, özümə sığışdıra bilmərəm. Heç imkan da vermərəm. Həm də mən uşaq-muşaqla toyda meyxana demərəm axı. Mən bilirəm, kimlərlə meyxana demək lazımdır.
- Oqtayla deyişməniz cəmiyyətdə daha yaxşı qarşılandı.
- Ay Oqtay ölməsin, yazıqdır.
- Başqa kimlərlə deyişməniz xoşunuza gəlir?
- 1994-cü ildə Ağasəlim Çıldağla, 1996-1997-ci illərdə Vüqar, Kərim, Ağamirzə ilə toyxanalarda meyxana demişəm. Amma nədənsə cəmiyyət məni Oqtayla daha çox qəbul etdi. O da çənədir, özünü qoyub naza.
- Oqtayla qalmaqallarınızdan xəbərimiz var. Barışıq olubmu?
- Təbii ki, barışmışıq. Oqtayla küsən gərək elə Oqtayın ağlında olsun. Oqtayın başı çox gözəl işləyir. Doğrudan onun qabiliyyəti, gözəl demək tərzi, məntiqli sözləri var. Onun sözlərini mən heç bir meyxanaçıdan eşitmirəm. Oqtayın yazdığı sözlərə Röyadan tutmuş bir neçə sənətçiyə qədər çox insan mahnı ifa edib. Sadəcə olaraq bu insan tənbəl və məsuliyyətsizdir. Məni o qədər toylardan, məclislərdən, efirlərdən qoyub ki. Bu səbəbdən bizim münasibətlər soyudu və uzaqlaşdıq. Yeniliklər də olmadı. Onsuz da televiziyalar dəvət etmir. Nə üçün, kimin üçün edim bu yenilikləri?.
- Samirə xanım, bayaq özləri yazıb özləri oxuyan müğənniləri qeyd etdiniz. Elza Seyidcahanı nəzərdə tutdunuz?
- Elza Seyidcahanın tamam başqa üslubu var. O, çox savadlı xanım, gözəl bəstəkardır. Elza yazdığı mahnıları özü oxuya bilər. Kənar biri də səsləndirə bilər, amma onun kimi yox. Çünki onun mahnılarına doğrudan da qeyri-adi yanaşmaq lazımdır. Elza xanım fantastik adamdır. Bu adamdan Azərbaycanda yoxdur.
- Xahiş edirəm, səmimi cavab verin. Siz deyişən zaman özünüz narkotik tərkibli maddələrdən istifadə etmisinizmi? Məsələn, Aydın Xırdalanlı nümunəsi var.
- Aydın Xırdalanlı etalon deyil. Hacı Mehman, Hacı Elşən, Kərim, Ağamirzə, Aqşin, Fateh-hamısı hacıdırlar. Vasif nə içki içir, nə siqaret çəkir. Rəşad, Ələkbər özü kərbalayidir. Bu o demək deyil ki, meyxanaçılar mütləq narkotikdən istifadə etməlidir. Bu saat Azərbaycanda üzr istəyirəm, toyxanalarda yerdən o qədər iynə yığırlar ki. Yəni bu bizim bədbəxtliyimizdir, cavanların fəlakətə gedən yoludur. Allah şahidimdir ki, indiyə qədər pivədən başqa heç birinin dadını bilmirəm. Hərdən istilərdə ürəyim istəyəndə evdə balıqla pivələyirəm. Oğlumla ana-bala oturub hərəyə bir bakal pivə vururuq. Narkotikdən istifadə eləsəm də, bunu heç vaxt gizlətmərəm.
- Heç pivə içib meyxana demisinizmi?
- Tövbə, heç vaxt. Çünki məclislərə gedəndə elə olur ki, ev sahiblərinin yanında otururuq. Həmişə də pivə içmək olmaz axı. Adam pivə çəlləyinə dönər. Bu heç təqdirəlayiq də deyil. Müəyyən vaxtlarda, evdə sakitləşmək, dincəlmək istəyəndə bir bakal pivə içib başını atıb yatırsan. Çünki o, adama yuxu gətirir və böyrəklərə xeyirdir.
- Həmişə eşidirik ki, hansısa imkanlı kişi hansısa qadın müğənniyə sponsorluq edir, ona bahalı hədiyyələr verir. Bəs bu şou-biznesdə belə hal varmı ki, hansısa imkanlı qadın kişi müğənnini saxlasın?
-İndi elə şeyləri qadınlardan çox, kişilərə verirlər. Kişifasonlara...Təzə çıxan, cavan müğənnilərimiz var. Hansı ki, yaşlı xanımlar onlara sponsorluq edir.
- Məndə belə bir təəssürat yarandı ki, istəməyərəkdən bu sənətdəsiniz.
- Mən artıq bu sənətə nifrət edirəm. Çünki onun o qədər zayını çıxarıblar ki. Mənim 18-dən çox mahnım Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fondunda saxlanılır. Sabah mən olmasam da, o mahnılarım, tarixdə adım qalacaq. Əfsuslar ki, toyda Ələkbər Tağıyev, Tofiq Quliyevin, Cahangir Cahangirovun mahnısını oxuyanda o dəqiqə etiraz edirlər. Bu saat camaat meyxanaya oynayır. Hər şey o qədər cılızlaşıb ki. Sənətə qiymət verən yoxdur. Oxuduqlarımı, bildiklərimi kimə göstərim? Bu səbəbdən yalandan gözdən pərdə asmağa məcburuq. Sırf pul üçün toyda fərqli mahnılar oxuyuruq. Bu sənət deyil.
- Belə fikirlər səslənir ki, məmurlar müğənniləri himayə edir.
- Edirlər. Sağ olsunlar, kömək edir, dəstək olurlar. Amma mənə etmirlər. Heç kimdən də heç nə gözləmirəm. Bundan sonra kimdən gözləyəcəyəm?! 50 yaşım var.
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb