"İlham Əliyev belə məmurların cəzasını verib" - Partiya sədri

img

28-08-2017 [23:27]


"Ölkədə son zamnlar tez-tez terror hadisələri yaşanır, bu gün İsmayıllıda növbəti terror qrupuna qarşı əməliyyat keçirilərək terrorçular zərərsizləşdirilib. Əslində bu çox düşündürücüdür.”

Bunu moderator-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə seçki öncəsi ölkədə qarışıqlıq salmaq istəyən qruplar var:

"Azərbaycana Suriya variantı gətirib ölkədə qardaş qırğını salmaq istəyən şəxslər var. Qeyd etdiyim qruplar prezident seçkiləri öncəsi Azərbaycanda qarışıqlıq salmaq istəyirlər. Bu şəxslər ölkə daxilində oturub dövlət başçısına qarşı addımılar atır, bununla da ölkədəki islahatların qarşısını almağa çalışırlar. Azərbaycanda terror hadisəsi törədən şəxslər din pərdəsi altında bunu etmək istəyirlər, son zamanlar Azərbaycana ərəblərin axını güclənib. 
Hesab edirəm ki, onların içərisində beynəlxalq terror qruplarının üzvləri də var. Ona görə də biz ayıq-sayıq olmalıyıq. Unutmaq olmaz ki, ölkəmizə siyasi cəhətdən də təhlükə var. Mərkəzi Gürcüstanda olan yuvanın Bakıdakı üzvü ölkə prezidentinə qarşı çıxışlarını daha da çoxaldıb. Təbii ki, bu təsadüfi deyil. Mən belə halların baş verəcəyini dəfələrlə müsahibələrimdə demişdim. Vaxtı ilə azərbaycanlılara ölüm hökmü verən şəxs indi yenə aktivləşib. Bu gün Azərbaycanı istəməyən insanlar xalqa müraciət edərək onları küçələrə səsləyirlər. 
Qardaşım İlham Əliyevin sayəsində Azərbaycanda dünyanın çox az ölkələrində rast gəlinə biləcək bir sabitlik qurulub. Biz bunları qorumalı, prezidentə dəstək verməliyik. Yoxsa ki, ölkədə hansısa məmurun qudurmuş övladı maşını ilə vurub adam öldürür, başlayırlar prezidentdən nəsə yazmağa. Hamımız görmüşük ki, qardaşım İlham Əliyev belə məmurların cəzasını verib. Bundan sonra da verməyə davam edəcək. Mən hüquq mühafizə orqanlarına səslənirəm. Onlar da ölkədəki bütün təxribatların qarşısını alsınlar. Bu təxribatlar təkcə hərbi sahədə baş vermir. Ofisində, milyonluq villasında əyləşib sosial şəbəkə vasitəsi ilə Azərbaycanda təxribat etmək istəyənlər də kifayət qədərdir. Bunlarla bağlı da tədbir görülməlidir.”


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA