Sevqilisi türkiyəli aktyoru hoteldə öldürdü - Özü də intihar etdi

img

27-08-2017 [23:14]


Türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz Beşiktaşda məşhur hotellərdən birində ölü tapılıb.

"Qafqazinfo”nun "Hurriyet”ə istinadən verdiyi məlumata görə, Şaşmaz sevgilisi, 55 yaşlı model Filiz Aker tərəfindən öldürülüb. 43 yaşlı sevgilisini belindən güllələyən model daha sonra öz başına atəş açaraq intihar edib.

Polisin ilkin ehtimalına görə, cütlük arasında mübahisə olub. Bu zaman Aker otağı tərk etmək istəyən aktyora 4 dəfə atəş açıb.

Qeyd olunur ki, hotel otağı F. Akerin adına rezervasiya olunub.





Digər xəbərlər
SON XƏBƏRLƏR