Naxçıvana daxili işlər naziri təyin olundu - Sərəncam

img

25-08-2017 [20:40]


Naxçıvana yeni daxili işlər naziri təyin edilib.

Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fazil Nəriman oğlu Ələkbərovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin”.

Ali Məclis Sədrinin 25.08.2017-ci il tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

General-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.

Qeyd edək ki, bir müddətdir boş qalan bu posta kimin təyin ediləcəyi ilə bağlı qızğın müzakirələr aparılırdı. Bəzi mətbuat orqanlarında Talıbovun nazir postuna Naxçıvanın prokurorunu təyin edəcəii barədə məlumatlar yaymışdı. Bir neçə gün öncə isə Eynulla Fətullayev özünün rəhbərlik etdiyi saytlarda bu vəzifəyə Bakı Şəhər Baş Polis İdarəsinin geçmiş rəisi Rafiq Abbasovun təyin edildiyini yazmışdı. Sonradan DİN bu məlumatı təkzib etmişdi

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq