Hakan Fidan Ukrayna XİN başçısı ilə bir araya gəldi - Antalyada 

img

14-05-2025 [18:00]


Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Ukrayna xarici işlər naziri Andrii Sybiha Antalyada görüşüblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə olunması və sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb.

Məlumata görə, NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutan görüşdə İstanbulda Rusiya-Ukrayna nümayənədləri arasında gözlənilən görüş və Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq müzakirə olunub.

Firudin Səfərli 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq