Deputat və 4 bələdiyyə sədri Ərdoğanın partiyasına keçdi - FOTOLAR

img

14-05-2025 [16:25]


Bu gün Əhməd Davudoğlunun sədri oduğu Gələcək Partiyasından istefa verən deputat Həsən Ekici və 4 bələdiyyə sədrinin yeni ünvanı bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konyadan deputat olan Ekici ilə yanaşı, Konya Ahırlı Bələdiyyə sədri Əli Üzlük, Konya Altınekin Bələdiyyə sədri Fatih Orhan, Bitlisin Adilcevaz mahalının Aydınlar Bələdiyyə sədri İbrahim Ergün və  Elazığın Karakoçan mahalının Sarıcan Bələdiyyə sədri Ramazan Aydın Prezident Ərdoğanın sədri olduğu AK Partiyaya üzvü olublar.

Məlumata görə, Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan bugünki iclasda onların döş nişanlarını taxıb.

Firudin Səfərli 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq