Deputat Azay Quliyev Qazaxıstana gedir - Beynəlxalq konfransda iştirak edəcək

img

24-08-2017 [19:46]


 Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. 

Milli Məclisin Mətbuat xidmətindən  verilən məlumata görə, deputat səfər çərçivəsində "Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.
Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına məlumat verəcək və bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək.

Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilər ilə görüşləri də nəzərdə tutulub.

Səfər avqustun 30-da başa çatacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA