Danimarka səfiri: "Oyunu ilə heyran edən "Qarabağ"ın daha da irəli getməsinə azarkeşlik edəcəyəm"

img

24-08-2017 [18:16]


Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Svend Ollinq UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarkada "Kopenhagen" və "Qarabağ" arasında dünən keçirilmiş matçı "Report"a şərh edib.

Səfir bildirib ki, matç çox dramatik alınıb.

"Qarabağ"ın güclü müdafiə xətti rəqibə 3-cü qolu vurmağa imkan vermədi və oyun "Kopenhagen"in 2:1 hesablı qələbəsi ilə başa çatdı. Amma bu hesab "Qarabağ"ın növbəti mərhələyə yüksəlməsinə imkan verdi. "Kopenhagen" favorit komandalarımdan biridir və Çempionlar Liqasında mübarizəni dayandırmasına təəssüf edirəm. Amma Azərbaycandan olan komandanın uğur qazanması ilə sakitlik tapıram. Oyunu ilə heyran edən "Qarabağ"ın daha da irəli getməsinə azarkeşlik edəcəyəm. Uğurlar!", - səfir deyib.

Xatırladaq ki, "Qarabağ" Bakıda 1:0 hesabı ilə yendiyi "Kopenhagen"ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb və Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandası olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA