"Qurbana heykəl qoymaq boynumuzun borcu olsun" - Aqil Abbas

img

24-08-2017 [15:41]


Bu, Qurbanın Allahverdi Bağırovun ruhuna hədiyyəsidir. "Beşiktaş" futbolçuları Çanaqqalada şəhid oldular. "Qarabağ"ın da xeyli futbolçusu Qarabağ savaşında şəhid olub. Allahverdi Bağırov, Eldar Bağırov, General Ərşad, Nizami həkim, Fred Asif və başqaları. "Qarabağ"ın bu uğuru bütün şəhidlərimizin ruhuna hədiyyə oldu.

Mia.az bildirir ki, bu sözləri qol.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

O, Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib: "İmarət Ağdamda ən müqəddəs yerdir. Qurbana İmarətin girişində heykəl qoymaq boynumuzun borcu olsun. İmarətdə "Qarabağ"ı görəcəyik, Qurbanın rəhbərliyi ilə.

Bütün millətimizi təbrik edirəm. Bu, təkcə ağdamlıların, qarabağlıların qələbəsi deyil, bütün Azərbaycanın qələbəsidir. Bu, təkcə "Qarabağ" futbolçularının yox, bütün Azərbaycan futbolçularının qələbəsidir. Var ol, Qurban. Sənin o göz yaşlarından öpürəm. Bu dünya sənin göz yaşlarına dəyməz.

Mən demişdim ki, "Qarabağ" Danimarkaya 10 milyon insanın sevinci ilə gedib, yaxşı nəticə qazanacaq. Klub rəhbərliyini, Tahir bəyi, Əmrah bəyi, Rəşad başda olmaqla bütün futbolçuları təbrik edirəm. Əfranı təbrik edirəm, əl çəkin bu Əfrandan. Allah hamınızı qorusun"


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA