"Qarabağ" məni maraqlandırmır - Astan Şahverdiyevdən növbəti ilginc açıqlama

img

24-08-2017 [13:00]


Millət vəkili Astan Şahverdiyev "Qarabağ" FK-nın qələbəsi ilə bağlı münasibət bildirib.

Mia.az xəbər verir ki, A24.az-ın əməkdaşıyla söhbətində millət vəkili "Qarabağ FK" ilə maraqlanmadığını deyib:

"Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, "Qarabağ" Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarıblar. Bu, artıq bayram olar".

Qeyd edək ki, "Qarabağ" FK ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA