YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

img

21-08-2017 [19:33]


Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov müsahibəsində deyib ki, gələn Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır.

"Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir. Ona görə də seçkinin nəticələrindən qalib tərəf razı, məğlub tərəf isə narazı qalır. Bu, bütün dünyada belədir. Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq. Biz Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən ajiotajlara rast gəlmişik. Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək”-deyə Y.Abramov bildirib.

Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, onlar heç buna cəhd də edə bilməzlər.

"Azərbaycanda Prezident seçkilərinin keçirilməsinə 14 aydan artıq vaxt var. Azərbaycanın güclü dövlətdir və ölkəmizdə xalq-iqtidar birliyi var. Yeni Azərbaycan Partiyası (YAP) Qafqazın ən iri və güclü partiyasıdır. Ona görə də heç bir qüvvə Azərbaycanda olan ictimai-siyasi sabitliyi poza bilməz. Onlar heç buna cəhd də edə bilməzlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA