"ÜAK-ın ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb" - Komitə sədri

img

21-08-2017 [11:55]


"Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb".

Bunu jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. N. İbrahimov deyib ki, sentyabrda Rusiyada bununla bağlı məhkəmənin müvafiq qərarı gözləmək lazımdır: 

"Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlı tərəfindən mənfi qarşılanan bir haldır. Biz düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür. Hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər. İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Hər hansı neqativ qərar olarsa, biz fikrimizi bildirəcəyik".
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA