Astan Şahverdiyev Ağacan Abıyevə cavab verdi: "Hər kəsin sifətini gördüm”

img

16-08-2017 [22:23]


Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev Ölkə.az-a açıqlamasında deyib ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək.
 
"Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq” -deyə A.Abıyev bildirib.
 
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Astan Şahverdiyev Modern.az-a açıqlama verib.
 
Astan Şahverdiyev bildirib: "Düzü bu barədə danışmaq istəmirəm. Parlamentin iclasları başlasın, mən o zaman özümü müdafiə edəcəyəm. Yoxsa mətbuat vasitəsilə özümü müdafiə etmək istəmirəm. Ona görə də münasibət bildirmirəm. Hər kəsin sifətini gördüm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA