NATO Parlament Assambleyası Dağlıq Qarabağ probleminə obyektiv münasibət bildirməlidir

img

05-08-2010 [05:30]


NATO Parlament Assambleyası nüfuzlu beynəlxalq təşkilat kimi Dağlıq Qarabağ probleminə obyektiv münasibət bildirməlidir. Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti uzun müddətdir bu qurumda Dağlıq Qarabağ məsələsinin müzakirəyə çıxarılmasına çalışır. Artıq qurumun növbəti sessiyalarında problemin müzakirəsi nəzərdə tutulur. Ermənistanın bundan narahat olduğunu deyən M.İbrahimqızı qeyd edib ki, parlamentin spikeri Ovik Abramyan NATO PA-nın rəhbəri Con Tannerə qurumun Dağlıq Qarabağ münaqişənin müzakirəsindən imtina etməsini xahiş edib. Amma Assambleya problemin müzakirəsindən imtina etmək fikrində deyildir. M.İbrahimqızı deyib ki, Ermənistan tərəfinin narahatlığı başadüşüləndir: "Ermənilər özlərinin təcavüzkar hərəkətlərinin beynəlxalq müstəvidə getdikcə daha çox ifşa olunmalarından narahatdırlar. NATO nüfuzlu beynəlxalq təşkilat olaraq Ermənistanın təcvüzkar siyasətinə münasibət bildirməlidir. Çünki işğalçılıq siyasəti bütövlükdə beynəlxalq hüquqa qarşı təcavüzdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA