Aydınlar Partiyası seçki hazırlıqlarını gələn ay baza vuracaq

img

07-08-2010 [12:28]


Aydınlar Partiyası sentyabra qədər seçki hazırlıqlarını başa çatdıracaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, hazırda partiyada seçki hazırlaqları davam etdirilir, namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Amma yaxın müddət ərzində, daha dəqiqi sentyabr ayına qədər hazırlıq işləri yekunlaşacaq. Məlumatda o da bildirilir ki, seçkilərdə digər qüvvələrlə əməkdaşlıq etmək, blok yaratmaq məsələsi də istisna edilmir. Ancaq bu günə kimi Aydınlar Partiyasına bununla bağlı müraciət edilmədiyi üçün hər hansı bir qərar yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA