Aygün Kazımovanın konsertində dünya şöhrətli ulduzlar olacaq - Biletlər 10 manata satılır

img

14-08-2017 [23:51]


Sentyabrın 22-də saat 20.00-da Kristall Hall öz qapılarını müasir Azərbaycan musiqisinin tarixinə toxunmaq istəyən hər kəs üçün açacaq.

Həmin gün cəmi iki saata siz keçmişə və gələcəyə gedə, həmçinin, 20 və 21-ci əsrlərin qovşağında yaranan hazırkı milli musiqi sənətindən zövq ala biləcəksiniz. Mərasimin səbəbkarı olan xalq artisti Aygün Kazımova və onun beynəlxalq peşəkar komandası yarım ildən çoxdur ki səylə "Aygün Kazımova – 30 il” əfsanəvi şousunun hazırlanması üzərində çalışır. Tamaşaçılar üçün əfsanəvi musiqi şousu hazırlanıb. Bu şou xarici ulduzların şousunda alqışladığımız bütün xüsusiyyətlərə malik olacaq. Bu, adətən ,dünya ulduzlarının konsertlərində gördüyümüz, lakin Azərbaycan artistləri üçün əlçatmaz olan ilk və hələ ki yeganə şou olacaq.

Rejissor və xoreoqraf Red Bentifor gənclər və İdman Nazirliyinin birbaşa dəstəyi ilə həyata keçiriləcək konsertin üzərində işləyir. O bir çox böyük dünya şoularını, o cümlədən, "Paris Notr-dam kilsəsi”, "Romeo və Cülyetta” kimi müzikllərini səhnəyə qoymuş fransız rejissordur. Red Bentiforla birlikdə Bakıda həmişə onun şousunu bəzəyən aktyor və rəqqaslar məşq edir. Bu, bütün dünyadan, o cümlədən, Kolumbiya, İtaliya, Fransa, Amerikadan olan gənc rəqqaslardır. Onlarla birlikdə rəqs səhnəni bir neçə gürcü və bir azərbaycanlı rəqqas- beynəlxalq müsabiqələrin qalibləri paylaşacaq.

Layihənin ulduzlarından biri Aygün Kazımovanın dəvət etdiyi səs rejissoru Jerar Albodurdur (İngiltərə). O Rihanna, Anasteyşa, Betti Smit kimi dünya ulduzlarının öz layihələrinin saundçekini etibar etdiyi birinci səviyyəli səs rejissorudur. Həmçinin o, Emi Uaynhausun şəxsi səs rejissoru olub.

Konsert üzərində işləyən səhnə tərtibatçısı bir çox məşhur xarici filmin səhnə tərtibatçısı və rəssamı olan argentinalı Santyaqo Fernandedir. O, beynəlxalq telekanalları bəzəyən ingilis və amerikan reklam çarxlarının rejissoru olub.

Konsertin prodüseri aktyor, müğənni Stefani Mqebrişvilidir. Klipləri Beyons və Ledi Qaqa ilə bərabər MTV cədvəllərinə düşən, klipləri bütün dünyada təqdim olunan yeganə gürcüdür. MTV, BBC, CNN –də LIVE-konsertlər ona məxsusdur. Onun solo konsertləri də olub və müzikllərdə baş rollarda iştirak edib. VOICE musiqi şousunun son üç mövsümündə o münsiflər heyətində olub, təzəlikcə isə X-FACTOR-da münsiflər heyətində iştirakını başa vurub. O, Gürcüstanda minlərlə konsert layihəsinin rejissoru və prodüseri olub.

Səhnə geyimlərinin hazırlanmasını Aygün Kazımova kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İranda Moda həftələrində nümayiş etdirilən ilk və yeganə həmyerlimiz dizayner Rüfət İsmayılova həvalə edib. Rüfət İsmayılovun kolleksiyası həmçinin Məkkədə dünya fashion-industriya - Pitti Uomo-da nümayiş olunub.

Konsertin dekoru ilə Gürcüstandan Tea Teliya məşğuldur. Rejissorun köməkçiləri –Françesko Zaveçia (İtaliya), Nataliya Pere (İtaliya), Cimmi Vayrpn (Fransa). «Aygün Kazımova – 30 il» beynəlxalq layihəsinin rəhbəri –Şain Qurbanovdur (Azərbaycan).

Konsertin musiqi prodüseri- "RAST” qrupunun bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Rəşad Həşimovdur.

Biletlər artıq satışdadır. Qiymətlər 10 manatdan başlayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR