“Snayperlər təmas xəttindən geri çəkilməlidir" - Amerikalı həmsədrdən çağırış

img

11-08-2017 [12:03]


"Hazırki çətin şəriatdə təmas xəttinin tam demilitarizasiyasından danışmaq çətindir”.

Mia.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın Səsi" radiosunun Azərbaycan və erməni dili versiyalarına açıqlamasında deyib.

"İki silahlı tərəf bir-biri ilə qarşı-qarşıyadırsa, hərbi toqquşma ehtimalı həmişə var. Buna görə ilk növbədə təmas xəttindən snayperləri çıxarmaq, müşahidəçilərin sayını artırmaq və ərazidə xüsusi avadanlıq yerləşdirmək lazımdır”.

Hoqland Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çərçivə sənədinin olduğnu deyib lakin tam kompromisin əldə olunması üçün çox iş görülməli olduğunu əlavə edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA