Bu dövlət Azərbaycanla vizanı ləğv etdi - Rəsmi

img

09-08-2017 [19:30]


Qətər 80 ölkənin vətəndaşlarını viza almaqdan azad edib.

Mia.az fins.az-a istinadən xəbər verir ki, Qətər Turizm Şurası, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi rəsmiləri paytaxt Dohada birgə mətbuat konfransı keçirib.

İclasda danışan Turizm Şurasının sədri Həsən Əl-İbrahimi, Qətər rəhbərliyinin, 80 ölkə üçün vizanı ləğv edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söyləyib.

Vizadan azad olacaq ölkələrin müəyyən meyarlara görə seçildiyini dilə gətirən İbrahimi araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağını bildirib.

Vizanın ləğv edildiyi ölkələrin vətəndaşlarının Qətərə girişləri zamanı hər hansı bir pul ödəməyəcəyi bildirilib.

Siyahıda Azərbaycanın da adı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA