Putin Ermənistana niyə gedib? - Politoloqdan şərh

img

09-08-2017 [15:59]


"Şübhə etmirəm ki, erməni separatçılarının ən böyük arzusu bir gün İrəvana gələn Vladimir Putini bir neçə saatlığa da olsa Dağlıq Qarabağa gətirməkdir".

Mia.az xəbər verir ki, bu sözləri  "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, Putinin dünən Abxaziyaya gedərək yerli separatçıların lideri ilə görüşünə toxunaraq,  qeyd edib ki, Rusiya dövlət başçısı separatçı bölgəyə maliyyə dəstəyini artıracağını və başqa vədlər verərək ikiqat təxribata yol verib:

"Abxaziyaya səfər edən Putin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını bir daha təsdiqləmiş oldu, bunun üçün xüsusi açıqlamaya da ehtiyac yoxdur, elə separatçı bölgəyə getmək istənilən açıqlamanı əvəzi edir.

İkincisi, Putin səfəri məhz avqustun 8-ə təyin etməklə Rusiya-Gürcüstan müharibəsinə və Gürcüstan torpaqlarının rəsmən işğalının 9 illiyinə işarə etdi. Putin Ukraynadan qopartdığı Krımda da olub. Bircə Moldovanın separatçı bölgəsi – Dnestrdə olmayıb. Ancaq böyük ehtimalla bir gün qərbpəsərt hökumətə malik Moldovanı qıcıqlandırmaq üçün ora da gedəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA