"Prezident necə məsləhət görübsə, elə də olmalıdır"- Astan Şahverdiyev

img

08-08-2017 [12:11]


Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevə görə toplanacaq. Belə bir açıqlama ilə Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev çıxış edib. 

O, bildirib ki, səsləndirdiyi fikirlərlə tənqid hədəfinə tuş gələn Astan Şahverdiyevlə bağlı sentyabrda komissiya üzvləri bir araya gələcək. Şahverdiyevin dputat mandatının əlindən alınacağı istisna deyil.

Qalmaqallı deputat Astan Şahverdiyev mandatının ləğv olunacağı ilə bağlı AzVision.az-a açıqlamasında deyib ki, ona bu barədə rəsmi məlumat verilməyib.

"İntizam Komissiyasının nə üçün toplandığı mənə məlum deyil. İnternetdə yazılanlara görə Ağacan Əbiyev bəyanat verib ki, İntizam Komissiyası sentyabrın 5-dən sonra yığışacaq. Hələlik mənə heç kim bu barədə məlumat verməyib. Bəlkə də bu, kiminsə fantaziyasıdır. Ona görə də heç nə deyə bilmərəm”.

Deputat mandatından məhrum olunacağı ilə bağlı məsələyə gəlincə, A.Şahverdiyev deyib:

""Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun müzakirə olunaraq qəbul edilib. Prezident İlham Əliyev sərəncamı ilə onu təsdiq edib. Prezidentin sərəncamı müzakirə olunmur. Prezident necə məsləhət görübsə, elə də olmalıdır. Sərəncama əsasən nə qərar veriləcəksə, ona tabe olmağa hazıram. Mən sözümü İntizam Komissiyasının iclasına çağırılsam, orada deyəcəyəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA