“Belələrinin yeri həbsxanadır” - Qənirə Paşayeva

img

07-08-2017 [14:10]


Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir. 

Bu sözləri millət vəkili Qənirə Paşayeva bu gün 9 yaşlı azyaşlının zorlanması ilə bağlı yayılan xəbərə reaksiya verərək feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyi mövzu da məhz bununla bağlı olacaq:

"Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən birisi cəmiyyət üçün ən təhlükəli insanlardandır. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməlidirlər, hüquq-mühafiqə orqanlarına müraciət edib, bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki, başqalarına dərs olsun.

Eyni zamanda, bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birisinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər. Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə bundan da sərt cəzaları haqq edirlər. Millət vəkili F. Mustafanın bununla bağlı mətbuatda səslənən təkliflərini də dəstəkləyirəm. Gör insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki ən ağır, ən sərt cəzaları dəstəkləyirik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA