Lavrovla Tillerson görüşdü - Sanksiya qərarı müzakirə edilib

img

06-08-2017 [16:34]


Bu gün Manilada ASEAN forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.
 
TASSın verdiyi məlumata görə, S. Lavrov deyib ki, R. Tillerson ilk növbədə ABŞ Konqresinin Rusiya əleyhinə qəbul etdiyi qanunla əlaqədar Rusiyanın cavab addımına aydınlıq gətirilməsini istəyib.
 
Rusiya ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra sentyabrın 1-ə qədər ölkədəki amerikalı diplomatların sayının 455-ə endirilməsini istəyib. Bu halda 755 diplomat və texniki əməkdaş sentyabrın 1-ə qədər Rusiyanı tərk etməlidir. S. Lavrov bildirib ki, R. Tillersonla  görüşdə bu cavab addımına aydınlıq gətirilib.
 
S. Lavrov görüşdə Rusiyanın Suriyada hərbi və siyasi sferada ABŞ-la əlaqələrini davam etdirəcəyini də nəzərə çatdırıb.

APA 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA