Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək - Sərəncam

img

05-08-2017 [18:28]


Prezident İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
 
Mia.az xəbər verir ki, sərəncama əsasən, 2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) anadan olmasının 80 illiyinin tamam olması qeyd edilib.
 
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR