"Öz ailəsini idarə edə bilməyən məmur rəhbəri olduğu idarəni necə nizamlayacaq?”

img

04-08-2017 [20:59]


"Həmişə demişəm və yenə də deyirəm, Prezident İlham Əliyevin ətrafındakılar öz vəzifələrinin öhdəsindən gələ bilməməkləri bir tərəfə, üstəlik evdə ailələrini də idarə edə bilmirlər. Öz ailəsini idarə edə bilməyən məmur rəhbəri olduğu idarəni necə nizamlayacaq?”.

Bunu Versus.Az-a bu günlərdə avtomobil qəzasında baş nazirin müavinin nəvəsinin adının hallanması ilə bağlı xəbərə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

"Məmurun övladı harınlıq edirsə bu nə deməkdir? Deməli artıq artıqlaması ilə özünə yatırım yığıb, bu ölkəni çapıb-talayıb, indi də estafeti öz uşaqlarına verirlər. 

Bu yaxınlarda generalın oğlunun harınlığı generalın öz başında çatladı. Gördünüz, Prezident onu vəzifəsindən çıxartdı. Heç üstündən çox vaxt keçməyib, indi də baş nazirin müavinin nəvəsi harınlıqdan özünün də, ailəsinin də, məmur babasının da başını işə saldı. Yavaş-yavaş bütün məmurların ailələrindən bu cür xuliqanlar üzə çıxacaq. İlham Əliyev bunlarla neyləsin? Birini cəzalandırdı ki, başqalarına da dərs olsun. Amma yox, bunlar o qədər qudurublar ki, ölkə başçısının xəbərdarlığını da eşitməzdən gəlirlər. Baş nazirin müavini də, general da vaxtında ailələrinin tərbiyyəsi ilə məşğul olsaydılar, bu gün Azərbaycan xalqının qarşısında, Prezidentin qarşısında biabır olmazdılar”.

H.Hacıyevin sözlərinə görə, övladı, nəvəsi bu cür özbaşınalıq edən məmur elə bu iki nəfər deyil:

"Mən deyərdim ki, məmurların əksəriyyətinin ailəsində bu cür xuliqanlar var. Barlarda adam döyən kim, gecələr avtoşluğa çıxan kim, şəhərin mərkəzində avtomobilin bardaçokundan silah çıxarıb qoçuluq edən kim… 99 faiz həyatını beləcə eyş-işarətdə, harınlıqda keçirir”.

Partiya sədri deyir ki, ölkədəki bu vəziyyəti aradan qaldırmaq üçün hamılıqla Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, birgə işləmək lazımdır:

"Amma işliyə bilmirik. Çünki ölkədə vəziyyət gərgindir. Aclıq bir tərəfdən, kasıblığın həddi artır, ölkədə kredit borcundan acınacaqlı duruma düşən insanlar var. Kim yaradır bu vəziyyəti? Təbii ki, hakimiyyətdə olan, amma kənardan kimlərinsə əlinə oynayan bəzi nazirlərimiz, məmurlarımız. Adamın ürəyi ağrıyır ki, bu problemləri biləsən, amma bir tədbir görə bilməyəsən. Bütün bu düşünülmüş şəkildə yaradılmış narazılıq dalğası minalanmış sahəyə bənzəyir, hər an partlayış ola bilər”.

Versus.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA