“AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzi beynəlxalq layihələrə imza atır - Tədbir + FOTO

img

04-08-2017 [16:17]


Bu gün AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzində "AZƏRKİTAB” ilə dünya şöhrətli yazıçı, dedektiv janrının ustası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında Müəllif Lisenziya müqaviləsinin imzalanma mərasimi keçirilib. 

Mərkəzin mətbuat xidmətinin rəhbəri Günay Namidarın Mia.az-a verdiyi məlumata görə, müqaviləyə əsasən, "AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzi yazıçı Çingiz Abdullayevin 3 kitabını, 2 yeni - "Торжество хама”, "Южная рапсодия”, həmçinin ona şöhrət gətirən "Голубые ангелы” əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracnı təmin edəcək:

"Bu razılaşma "AZƏRKİTAB” ın müəllifin kitablarının primyeralarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur. Qeyd edək ki, "AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzi gələcəkdə də Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onların təbliğatını dünya ölkələrində həyata keçirmək niyyətindədir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR