İran Ermənistanla sərhədyanı əməkdaşlığı təsdiqlədi - Parlamentdən qərar

img

03-08-2017 [15:40]


İran İslami Şura Məclisi (parlament) İslam Respublikası ilə Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqləyib.

Bunu deputat Zəhra Saey bildirib.

Onun sözlərinə görə, razılaşma sərhədlərin qonşularla birgə idarə edilməsi planının bir hissəsi olub, Norduz sərhədyanı terminalına da daxildir: "Bu, İranın ticarət balansının dəstəklənməsinə yönəlib. Norduz Ermənistanla ümumi yeganə quru sərhədyanı terminaldır”.

Deputat qeyd edib ki, rəsmi statistikaya əsasən İran təqvimi ilə (martın 20-də başa çatan Hicri-şəms təqvimi nəzərdə tutulur) cari il (2017-ci ilin mart-iyul aylarında) bu ölkədən Ermənistana 107,35 milyon dollarlıq qeyri-neft məhsulu, bu müddətdə isə Ermənistandan İslam Respublikasına 443,512 min dollarlıq mal ixrac olunub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA