"Hazırda Gürcüstanda müalicə olunuram" - Deputat

img

01-08-2017 [15:36]


Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə müalicə olunmaq üçün xaricə gedib.

A.Əlizadə "Ölkə.Az”-a açıqlamasında hazırda Gürcüstanda müalicə olunduğunu bildirib. 

Deputat bəzi həmkarlarından fərqli olaraq Gürcüstana istirahət üçün deyil, müalicə olunmaq üçün getdiyini söyləyib: "Bəziləri deyirdi ki, Araz Əlizadə istirahət etmək üçün ABŞ-a gedib və sairə. Mənim ABŞ-da istirahət etməyə pulum yoxdur. Sadəcə olaraq, ötən dəfə ABŞ-a dəvət edildiyim bir konfransa getmişdim. Səfərin bütün xərclərini təşkilatçı ödəmişdi. Hazırda isə Gürcüstanda müalicə olunuram".

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA