"Nədir, yoxsa hesab edirsiz ki, Moskvada ancaq erməniyönümlü siyasi xadimlər oturublar?" - Erməni diplomat

img

01-08-2017 [14:55]


ABŞ-ın Rusiyaya qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq etməsi bu ölkənin Cənubi Qafqazdakı forpostunda narahatlıq və məmnunluqla qarşılanıb. Bəziləri bu sanksiyaların Ermənistanın xeyrinə olacağını düşünür.

Lakin Ermənistan xarici işlər nazirinin keçmiş müavini, fövəladə və səlahiyyətli səfir Arman Navasardyan deyir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Yerevanın işi çətin olacaq. Çünki Ermənistan ABŞ və Rusiya arasında manevr edə bilməyəcək.

Virtualaz.org xəbər verir ki, Navasardyan jurnalistlərlə söhbətində ABŞ-ın dünyada iqtisadi planda liderlik etdiyini, hərbi planda isə Rusiyanın ABŞ-la bir səviyyədə olduğunu deyib.

Erməni diplomatın sözlərinə görə, soyuq müharibədən sonra Rusiya çökmüşdü, ancaq Vladimir Putin ölkəni bu vəziyyətdən çıxardı, hərbi baxımdan ABŞ-la eyni səviyyəyə qaldırdı: "Bu isə ABŞ-ın ürəyincə deyil".

Navasardyanın fikrincə ABŞ-ın siyasəti birbaşa Putinə qarşı yönəlib, bu, bəzi erməni dairələrində də müşahidə olunur. Erməni diplomat hesab edir ki, Putin getsə Ermənistan indiki gününə şükür eləməli olacaq.

"Çoxlarını Putin çəkindirir. Türkiyə məsələsində, Qarabağ məsələsində və bir çox digər məsələlərdə. Nədir, yoxsa siz hesab edirsiniz ki, Moskvada ancaq müstəsna olaraq erməniyönümlü siyasi xadimlər oturublar? Xeyr, orada Türkiyənin, Azərbaycanın də xeyli müdafiəçiləri var. Ona görə də Putin getsə, biz indiki günümüzə şükür eləməli olacağıq” – deyə, Arman Navasardyan bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA