“Hökumətə fəaliyyətsiz, yalnız kabinetdən ibarət olan partiyalar sərf edir" - Partiya sədri

img

31-07-2017 [10:47]


"Hökumətin marağında deyil ölkədə siyasi fəallığın olması. Ona görə də fəaliyyətsiz, yalnız kabinetdən ibarət olan partiyalar onlara sərf edir. Təbii ki, hansısa hökumət nümayəndəsinin marağındadır o partiyaların formal olaraq qalmasına. Fəaliyyətsiz də olsa var olsunlar ki, müəyyən proseslərdə maliyyəsini verib, kimlərəsə qarşı aktivləşdirsinlər. Məqsəd budur”.

Bunu Versus.Az-a adı olub özü görünməyən partiyalar haqqında açıqlamasında Müasair Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

"Belələrinə "cib partiyalar”, "əl partiyalar” deyirlər. Mən təklif edərdim ki, fəaliyyətsiz partiyalar ləğv edilsin. İctimai fəaliyyətləri yoxdursa, nə ehtiyac var onların qalmasına? Necə fəaliyyət göstərdikləri də görünmür. Yatırsan, durursan, eşidirsən ki, filan müxalifət partiyası qurultayın da keçirib, namizədin də müəyyənləşdirib. Necə, harda, heç mətbuatın da xəbəri olmur. Sonra da deyirlər cəmiyyət bizə niyə inanmır. Necə inansın ki, sənin qərargahının qapısı həmişə bağlı ola-ola xəbər yayırsan ki, qurultayımız olub, namizədimizi seçmişik?"

Hafiz Hacıyev deyir ki, dövlətçiliyi müdafiə edən yeganə müxalifət partiyası olaraq Müasir Müsavat Partiyasının qərargahının qapısı digər partiyalardan fərqli olaraq hər zaman açıqdır və kim nə vaxt gəlsə burada qızqın iş getdiyini görər:

"Partiyamızda təşkilatlanmayla bağlı işlər gedir, yeni rəhbərliklərə təyinatlar verilir, sıralarımız genişlənir və sair. Amma bununla kifayətlənmirik, istərdik ki, televiziyalar da bizə açıq olsunlar. Biz dövlətçiliyi müdafiə edirik, rüşvətxor hökuməti yox. Dövlətin atributu prezidentdir, biz də ona sadiqiq. Amma prezidentin ətrafı korrupsiyaya uğramış insanlardır. Prezident təkdir, nə edə bilər, bu komandanın hamısını uzaqlaşdıra bilməz, çünki münasib əvəzləyicilər yoxdur. Yoxdur, ona görə ki, korrupsiyaya uğramış hökumət imkan vermir yeni sağlam əvəzləyicinin yetişməsinə. Prezidentə yeni təyinatı təqdim edəndə özlərinin maraqlarına uyğun adamlarının, nə bilim qohum-əqrabalarının, dost-tanışlarının təqdimatını verirlər, layiqlisi isə qalır kənarda. Bu cür kadrlarla nə etmək olar?”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA