YUNESKO-nun baz direktoru ?Gilan? piano fabriki ilə tanız olub

img

30-07-2010 [03:12]


Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 30-da qədim Qəbələ şəhərinə gəlib. Xanım İrina Bokova Qəbələyə səfəri çərçivəsində ?Gilan? piano fabriki ilə tanış olub. Məlumat verilib ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu ?Beltmann? piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürmüş və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərib. 2008-ci ilin fevralında yeni ?Beltmann? piano fabrikinin yaradılması ideyası yaranmış və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılıb. 2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə ?Beltmann? markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada ?Beltmann? markalı pianolar yalnız Qəbələdəki ?Gilan? fabrikində istehsal olunur. YUNESKO-nun baş direktoru fabrikdə istehsal prosesinin mərhələlərini izləyib. Bildirilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcəkdir. Hazırda müəssisədə 120 nəfər çalışır. Gələcəkdə işçilərin sayı 350-yə çatdırılacaqdır. Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası vardır. Ərazidə əsaslı abadlıq işləri aparılıb. YUNESKO-nun baş direktoru müəssisədə istehsal olunan pianolara baxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA