ABŞ-ın vitse-prezidenti Gürcüstana gəlir - Rəsmi Tiflisdən reaksiya

img

27-07-2017 [12:09]


ABŞ-ın vitse-prezidenti Mayk Pens iyulun 31-də Gürcüstana səfər edəcək.

Bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu səfər ABŞ-ın Gürcüstana vacib dəstəyinin göstəricisidir.

"Mayk Pens iyulun 31-dən avqustun 1-dək Gürcüstanda səfərdə olacaq. Bu səfər ABŞ-ın Gürcüstanı dəstəkləməsinin vacib sübutudur. Hesab edirəm ki, bizim qısa vaxt ərzində ABŞ-ın yeni administrasiyası ilə olduqca sıx münasibətlərimiz qurulub və bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin inkişafı üçün çox önəmlidir”, - deyə Kvirikaşvili vurğulayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA