25-07-2017 [23:16]
Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 19 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi.
2. Cari məsələlər.
Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 19 iyul 2017-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb.Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – İntiqam Hümbətov, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyevdövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 27 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.
Birdəfəlik maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı
№ | Nəşrin adı | Ayrılmış məbləğ (AZN) |
1. | "Azərbaycan” qəzeti | 42.500 |
2. | "Bakinski raboçi” qəzeti | 42.500 |
3. | "Bakı Xəbər” qəzeti | 42.500 |
4. | "525-ci qəzet” | 42.500 |
5. | "Xalq qəzeti” | 42.500 |
6. | "İki sahil” qəzeti | 42.500 |
7. | "Kaspi” qəzeti | 42.500 |
8. | "Kaspiy” qəzeti | 42.500 |
9. | "Mövqe” qəzeti | 42.500 |
10. | "Palitra” qəzeti | 42.500 |
11. | "Respublika” qəzeti | 42.500 |
12. | "Səs” qəzeti | 42.500 |
13. | "Şərq qapısı” qəzeti | 42.500 |
14. | "Yeni Azərbaycan” qəzeti | 42.500 |
15. | "Yeni Müsavat” qəzeti | 42.500 |
16. | "Ekspress” qəzeti | 42.500 |
17. | "Ədalət” qəzeti | 35.000 |
18. | "Olaylar” qəzeti | 35.000 |
19. | "Şərq” qəzeti | 35.000 |
20. | "Bizim yol” qəzeti | 30.000 |
21. | "Exo” qəzeti | 30.000 |
22. | "Xalq Cəbhəsi” qəzeti | 30.000 |
23. | "Həftə içi” qəzeti | 25.000 |
24. | "Azad Azərbaycan” qəzeti | 25.000 |
25. | "Novoye vremya” qəzeti | 25.000 |
26. | "Paralel” qəzeti | 25.000 |
27. | "Üç nöqtə” qəzeti | 25.000 |
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü