Prezidentlərin görüşü haqda Rusiya XİN-dən açıqlama

img

20-07-2017 [15:37]


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüş yeri hələ müəyyənləşdirilməyib.


Bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.


O, bildirib ki, "İzvestiya" qəzetində Rusiya XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil.


"ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələri zamanı dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA